Accessibility links

Azərbaycanlı tələbələr etnik ayrıseçkiliyin aradan qaldırılmasına çağırır


Tehran universitetlərinin azərbaycanlı tələbələri azərbaycanlı fəallara qarşı təqib və təzyiqlərin dayandırılmasına və həbs olunmuş azərbaycanlı fəalların dərhal azad olunmasına çağıran bəyanatla çıxış ediblər. Tehranın müxtəlif universitelərində təhsil alan yüzlərlə azərbaycanlı tələbənin imzaladığı bu bəyanatda Azərbaycanın milli-mədəni hüquqları uğrunda mübarizə aparan insanların həbsinə kəskin etiraz edilir. Bəyanat müəllifləri həm də İranın azərbaycanlılar yaşayan vilayətlərinin hazırkı vəziyyətinin narahatlıq doğurduğunu bildirirlər. Onlar Azərbaycana qarşı siyasi, iqtisadi ayrıseçkiliklərin aradan qaldırılması və Azərbaycanın milli-mədəni haqlarının təmin olunması məqsədi ilə İran konstitutsiyasının 15 –ci və 19-cü maddələrinin icrasına çağırırlar.
İran konstitutsiyasının 15-ci maddəsinə görə İranın rəsmi dilinin Fars dili olmasına baxmayaraq, ölkə məktəblərində etnik azlıqların da ana dilləri Fars dili ilə yanaşı tədris oluna bilər. Konstitusiyanın 19-cü maddəsində isə, ölkədə yaşayan bütün etnik qrupların hüquq bərabərliyinin tam təmin olunması göstərilir.
Bəyanata imza atan tələbələr həmçinin təxminən ay yarım əvvəl həbs olunan Tehranın Şəhid Rəcai Universitetinin Memarlıq Fakültəsinin müəllimi Abdulla Abbasinin də dərhal azad olmasını tələb ediblər. Müxtəlif mənbələrin verdiyi məlumata görə, Abdulla Abbasi və onun bacısı oğlu ərdəbilli fəal Hüseyn Hüseyninin həbs olunması faktı nəhayət ki, İslam İnqılabı Məhkəməsi tərəfindən təsdiqlənib. Rey şəhərinin İslam İnqılabı Məhkəməsinin 11-ci şöbəsinin hakimi, cənab Mufərəsti azərbaycanlı fəal Abdulla Abbasinin qardaşı cənab Yədulla Abbasiyə onların həbs olunmasını və işlərinin artıq Tehranın Baş İslam İnqilabı Məhkəməsinin Təhlükəsizlik İdarəsinə göndərildiyini təsdiq edib. “İnsan Haqları Reportiyorları Komitəsi”nin bildirdiyinə görə, “Evin” həbsxanasının 209 saylıq qapalı təcridxanasında saxlanılan Abdulla Abbasi, qanunsuz həbsinə qarşı 2 həftə öncədən başladığı aclıq aksıyasını davam etdirir. Onun səhhəti ilə bağlı hər-hansı məlumat verilmir.
Abdulla Abbasi və Hüseyn Hüseyni Noyabrın 14 –də Səttarxanın məzarı üstündə keçirilən anım mərasimi zamanı həbs olunublar. Rəsmi dairələr son günlərədək onların həbs edildiklərini inkar edirdi.
Bu arada, Dekabrıb 24-də Təbrizdəkı şəxsi mənzilinin önündən naməlum şəxslər tərəfindən oğurlanan azərbaycanlı fəal Vəhid Şıxbəylinin Ettelaat tərəfindən həbs olunduğu təsdiqlənib. O, Təbriz Ettelaatının təcridxanasından ailəsinə zəng edərək həbs olunduğunu bildirirb.
XS
SM
MD
LG