Accessibility links

Amerikanın səsinin verilişləri davam edir


Azərbaycanın Milli Televiziya və Radio Şurası ölkədə fəaliyyət göstərən xarici radioların yerli tezlikdə yayımını dayandırmaq barədə qərar çıxarıb. Qərar yanvarın 1-dən icra olunacaq.

Hazırda Azərbaycanda milli tezliklərdə "Amerikanın Səsi", "Azadlıq", BBC və "Avropa +" radioları yayımlanır. Şura bu radioların proqramlarının FM tezliyində yayımlanmasının Azərbaycanın «Milli teleradio yayımı haqqında» qanununa uyğun gəlmədiyini əsas gətirərək, onların yerli lisenziyaları müddətinin uzadılmaması, efir tezliklərinin geri alınması barədə qərar qəbul edib.

Bu qərar nəticəsində Amerikanın səsinin axşam saat 19:00 və 21:00-də 101.7 FM-dən xəbər verilişləri də Cümə axşamı günündən dayanır.

Xatırladaq ki, Amerikanın səsinin Azərbaycan Azərbaycan Xidmətinin tam formatlı verilişlərinə hər gecə Bakı vaxtilə saat 22:30-dan 23-ə, Təbriz vaxtı ilə saat 21:00-dən 21:30-dək qısa dalğalarda, 9625, 9805 və 12025 kilohertz tezliklərdə qulaq asmağa davam edə bilərsiniz.

Proqramlarımızı eləcə də İnternet səhifəmizdə izləyə bilərsiniz: www.voanews.com/azerbaijani

XS
SM
MD
LG