Accessibility links

Dövlət Departamenti bəyanat yaydı


«Biz Azərbaycan hökumətinin «Amerikanın səsi», «Azadlıq» radiosu və BBC radiolarının lisenziyasını təzələməmək qərarından dərin təəssüf hissi keçiririk. Bu media qurumları Azərbaycanda demokratik debat, eləcə də ideya və informasiyanın azad mübadiləsində önəmli rol oynayır».

ABŞ Dövlət Departamentinin xarici radioların Azərbaycanda yayımının dayandırılması ilə bağlı bəyanatında belə deyilir.

Departament bildirir ki, bu qərar icra olunsa, söz azadlığının geriləmisə doğru ciddi addım olacaq və Azərbaycanda demokratik islahatları zəiflədəcək.

«Biz bu radio və TV yayımlarının fəaliyyətini davam etdirməsi məqsədilə lazımi hüquqi çərçivənin işlənib hazırlanması üçün Azərbaycn hökuməti ilə işi davam etdirmək əzmindəyik» - deyə bəyanatda vurğulanır.

XS
SM
MD
LG