Accessibility links

Avropa Birliyi Azərbaycana xəbərdarlıq etdi


Avropa Birliyi Azərbaycana xəbərdarlıq edib ki, onun xarici radiostansiyaların yerli tezliklərdə yayımını qadağan edən planları birliyin Qafqaz ölkələri ilə əməkdaşlığını dərinləşdirmək planlarına əngəl törədə bilər.

Qadağalar Amerikanın səsi, Azad Avropa/Azadlıq radioları, Böyük Britaniyanın BBC korporasiyası və Rusiyanın “Avropa Plyus” radiolarına şamil olunur.

Avropa Birliyinin xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner deyib ki, bu radioların səsinin yanvarın birindən kəsilməsi barədə qərar onun təbirincə, böyük narahatlıq doğurur, belə ki, bu addım dinləyiciləri müstəqil informasiya mənbəyindən məhrum edəcək.
Dünən ABŞ Dövlət Departamenti də Azərbaycan hökümətinini qərarından dərin təəssüfünü bildirmişdi.

Amerikanın səsi və Azadlıq radiolarına nəzarət edən ABŞ-ın Yayım Şurası da radioların milli tezliklərdə yayımının dayandırılması qərarından təəssüfünü bildirib və bunu Azərbaycan xalqı üçün itki adlandırıb.

Azərbaycan rəsmiləri isə radioların yerli tezliklərdə yayımını dayandırmaq qərarını ölkə qanunvericiliyi ilə əsaslandırırlar.
Beynəlxalq insan haqları təşkilatları İlham Əliyev hökumətini media azadlığını sıxışdırmaqla ittiham edirlər.

Ötən həftə Azərbaycan parlamenti ölkədə prezidentlik dönəminin artırılmasına dair hakim partiyanın qərarının referenduma çıxarılmasına qərar verib.

XS
SM
MD
LG