Accessibility links

Əfqanıstanda 11 yaraqlı öldürülüb


Birləşmiş Ştatların Əfqanıstanda başçılıq etdiyi koalisiya qüvvələri bildirir ki, dünən Kabilin 60 kilomert şimal-şərqindəki Surobi mahalında həyata keçirdikləri əməliyyat nəticəsində 11 yaraqlı öldürülüb. Rəsmilər deyirlər ki, koalisiya qüvvələri regiona qaçaq silah gətirən komandiri hədəf alıb. Atışmaların nəticəsində iki yaraqlı və hava hücumu nəticəsində isə 9 yaraqlı öldürülüb. ABŞ-ın Əfqanıstandakı səfiri Villiam Vud dünən demişdi ki, cari ildə Əfqanıstanda zorakılıqlar artıb. 2007-ci ildə onların sayı min olduğu halda 2008-ci ildə 2 minə yüksəlib.

XS
SM
MD
LG