Accessibility links

BMT Qəzza ilə bağlı qətnamə qəbul edə bilmədi


BMT Təhlükəsizlik Şurası çərşənbə günü Ərəb hökumətlərinin xahişi ilə keçirdiyi fövqəladə iclasında Qəzzada atəşkəsin təcili təmini məsələsini müzakirə edib.

Lakin 22 ərəb ölkəsi adından Liviyanın yaydığı qətnamə layihəsi Birləşmiş Ştatlar tərəfindən rədd edilib.Vaşinqton bu sənədi balansssız və birtərəfli adlandırıb.

Belə ki, orada Həmasın İsrail ərazilərinə raket hücumlarını dayandırmaq tələbi ifadə olunmur.

Fələstinin BMT-dəki nümayəndəsi Riyad Mənsur deyib ki, Ərəb dovlətləri qətnamənini qəbuluna nail olmaq üçün işlərini davam etdirəıcəklər.

O, Qəzzada atəşkəsin dərhal elan olunmasını tələb edib.

İsrail səfiri Qabriela Salev isə bildirib ki, onun ölkəsi özünü müdafiə edir və terrorizmdən qorunmaq üçün bütün vasitələrdən istifadə edəcək.

XS
SM
MD
LG