Accessibility links

Obama və Pelosi stimul paketini müzakirə edəcək


Siyasi mənbələr xəbər verir ki, qarşıdan gələn Bazar Ertəsi növbəti prezident Barak Obama iqtisadiyyata yardım məqsədi ilə stimul planını müzakirə etmək üçün Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi ilə görüşəcək. Demokrat siyasətçilər iqtisadi bərpa paketinin vaxtını və miqyasını müzakirə edəcəklər. Paketin məqsədi ABŞ bizneslərində əlavə iş yerləri yaratmaq və investisiya qoymaq daşıyır. Washington Post qəzetinin yazdığına görə Pelosi istəyir ki, qanun layihəsi yanvarın 20-də Barak Obama vəzifəsinin icrasına başlayan günədək hazır olsun. Stimul planının 675-775 milyard dollar arasında olacağı gözlənilir.
XS
SM
MD
LG