Accessibility links

Fələstinlilər liderlərinin qisasını alacaqlarına söz verib


İsrail Həmasın Qəzza Zolağındakı hədəflərinə qarşı hücumlarını davam etdirdiyi vaxt fələstinlilər dünən öldürülən liderlərinin qisasını alacaqlarına söz veriblər. Bu gün İsrailin hava hücumları Həmasa məxsus olduğu ehtimal edilən binaları və Qəzzanın şimalında bir məscidi dağıdıb. İsrail rəsmisinin sözlərinə görə, məscid raket və başqa silahların anbarı kimi istifadə olunurdu. Hava hücumlarının hədəfləri arasında Həmas rəsmilərinin evləri də olub. Fələstinli səhiyyə işçiləri deyir ki, hava hücumlarından biri nəticəsində küçədə oynayan 3 uşaq ölüb. İsrailin qoşunları və tankları isə mümkün quru hücumu üçün hələ də Qəzza sərhədindən hazır vəziyyətdə dayanıb.

XS
SM
MD
LG