Somali rəsmiləri deyir ki, girovdarlar 6 həftə bundan öncə oğurladıqları iki jurnalisti azad ediblər.
Hökumət rəsmiləri deyir ki, Britaniyalı və İspaniyalı şəxslər bu gün buraxılıb.
Fransız xəbər agentliyi bildirir ki, jurnalistlər Bosasso şəhərində oteldə saxlanılır və otel heyəti onların vəziyyətinin yaxşı olduğunu deyir.
Jurnalistlər noyabr ayında Bossasso otelini tərk edərkən girov götürülmüşdülər.
Jurnalistlərlə birgə çalışan 2 Somali vətəndaşı da girov götürülmüşdü.
Qərblilərin Somalidə pul üçün girov götürülməsi qeyri-adi hal deyil.