Accessibility links

Corc Buş Darfur regionuna havadan yardım göndərilməsini təsdiq edib


ABŞ prezidenti Corc Buş Sudanın müharibənin dağıtdığı Darfur regionuna havadan yardım göndərilməsini təsdiq edib. Cənab Buş bunu bu gün Ağ Evdə Sudanın birinci vitse-prezidenti Slva Kiirlə görüşdən sonra elan edib.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Hedlinin bəyanatında deyilir ki, havadan əməliyyatlar Darfurda vətəndaşları qorumaq üçün BMT və Afrika Birliyinin sülhümühafizə qüvvələrinə lazım olan təchizat və maşınlar çatdırılacaq. Stiven Hedli həmçinin Buş administrasiyasını “Nyu York Tayms” qəzetinin təndiqlərindən müdafiə edib. Qəzetin müxbiri Nikolas Kristof ABŞ-ın Darfurda qətllərə son qoymaq üçün Sudana hərbi təzyiq göstərməli olduğunu deyib. Milli Təhlükəsizlik məsələləri üzrə müşavir deyib ki, Darfuru dəstəkləyən qruplar belə təzyiqin əleyinə olaraq, bunun yerlərindən didərgin düşmüş milyonlarla insana yardımın çatdırılması işini çətinləşdirəcəyini bildirirlər.

XS
SM
MD
LG