Accessibility links

Barak Obama Konqres liderləri ilə hökumətin məsrəf paketini müzakirə edir


ABŞ-ın növbəti prezidenti Barak Obama bu gün Konqres liderləri ilə iqtisadiyyatın stimullaşdırılması məqsədi ilə hökumətin məsrəf paketini müzakirə edir. Obama Konqresdən yollar, körpülər, kütləvi tranzit sistemi və məktəblərin təmirinə vəsait ayrılmasını istəyəcəyini deyir. Növbəti prezident bu planın 3 milyon yeni iş yerinin açılmasına xidmət edəcəyini bildirib. Planın 750 milyard dollardan artıq vəsaiti nəzərdə tutduğu deyilir. Obamanın təkliflərinə işçilər və bizneslərin vergi ixtisarı daxildir. Bu isə respublikaçılar tərəfindən dəstəklənə bilər. Senatın respublikaçı lideri Mitç Makkonnel Konqresin stimullaşdırma paketinə hər iki partiya tərəfindən əlavələr edilməsinə yol verəcəyinə ümid bəslədiyini deyib. Nümayəndələr Palatasının demokrat lideri Steni Hoyer isə deyib ki, stimullaşdırma paketi Obamanın yanvar ayının 20-də vəzifəsinə başlayacağı vaxta qədər hazır olmayacaq və plan fevral ayının ortalarında təqdim ediləcək. Qeyd edək ki, Amerikanın 111-ci Konqresi işinə sabah başlayır.

XS
SM
MD
LG