Accessibility links

ABŞ-ın ən böyük səfirliyi Bağdadda açıldı


Bağdadda Amerika Birləşmiş Ştatlarının dünyada ən böyük səfirliyinin açılışı olub. Səfirliyin binası Bağdadın güclü mühafizə olunan Yaşıl Zonasında 42 hektarlıq sahədə yerləşir. Bu gün Vaşinqtonun ən böyük diplomatik təmsilçiyinin açılışı mərasimində İraq prezidenti Cəlal Talabani və ABŞ dövlət katibinin müavini Con Neqroponte iştirak ediblər. Birləşmiş Ştatların İraqdakı səfiri Rayan Kroker deyib ki, səfirliyin açılışı ABŞ-İraq münasibətlərində yeni mərhələnin başlanğıcından xəbər verir. ABŞ hərbi dəniz qüvvələrinin əsgərləri Birləşmiş Ştatların dövlət himininin sədaları altında səfirliyin qarşısında Amerika bayrağını qaldırıblar. Mindən artıq personalın çalışacağı yeni səfirliyin inşası 600 milyon dollara başa gəlib. Səfirlik binasının özünün su təchizatı və kanaliziyasiya sistemi, habelə elektik generatoru var.

XS
SM
MD
LG