Accessibility links

Gazprom Ukraynanı Avropaya gedən təbii qazı oğurlamaqda ittiham edir


Rusiya dövlətinin nəzarətindəki enerji şirkəti Qazpromun Ukraynanı Avropaya gedən təbii qazı oğurlamaqda ittiham etməsindən sonra Rusiyanın baş naziri Vladimir Putin Qazproma göstəriş verib ki, Ukraynaya verilən qazdan oğurlandığı iddia edilən hissə ixtisar olunsun. Qazprom Ukraynanın Avropaya göndərilməsi nəzərdə tutulan təbii qazın 65 milyon kub metrinin daxili ehtiyacı üçün istifadə etdiyini irəli sürür. Qazpromun rəhbərliyi Avropaya göndərilməsi nəzərdə tutulan qazın bu ölkələrə çatdırılması üçün şirkətə alternativ marşrutlardan istifadə etməyə göstəriş verib. Rusiya Ukraynanın təbii qaz borcunun bir hissəsini ödəmədiyi ittihamı ilə bu ölkəyə qaz təchizatını yanvarın birindən dayandırıb.

Bu arada, Avropa Birliyinin rotasiya üzrə prezidentliyi vəzifəsini yerinə yetirən Çex Respublikası Rusiya-Ukrayna qaz problemini müzakirə etmək üçün təşkilata üzv 27 ölkənin təcili iclasını çağırıb.Avropa Birliyi ölkələrindən nümayəndələr bazar ertəsi bu böhranı müzakirə etmək üçün görüşüblər.Avropa Birliyi həmçinin Kiyevə Qazprom rəsmilərilə danışıqlar üçün çərşənbə axşamı nümayəndə göndərəcək.

XS
SM
MD
LG