Accessibility links

Rusiya qaz nəqlini kəskin azaltdı


Ukraynanın qaz firması Naftohaz deyir ki, Rusiya ilə qaz nəqli üzərində mübahisənin çözülməsi üçün danışıqlar Cümə Axşamı bərpa ediləcək. Oleh Dubina müxbirlərə deyib ki, o, Moskvada Rusiyanın qaz inhisarı olan Qazpromun nümayəndələri ilə görüşəcək. Bu açıqlama Rusiyanın bəzi Avropa ölkələrinə qaz nəqlini tamamilə dayandırmasından sonraya təsadüf edir. Bolqarıstan rəsmiləri bildirir ki, Rusiyadan Ukrayana vasitəsilə Bolqarıstana, Türkiyəyə, Yunanıstana və makdeoniyayay nəql edilən qaz təchizatı dayandırılıb. Rus qazının Xorvatiyaya ötürülməsi də dayanıb. Avstriya və Çex Respublikası də Rus qazının təchizatında kəskin azalma qeydə alıblar. Rusiya baş naziri Vladimir Putin Qazpromun Ukrayananı öz ərazisindən keçən qazı oğurlamaqda ittiham etməsindən sonra Ukrayanaya ötürülən qazın kəskin azalmasını əmr edib.
XS
SM
MD
LG