Accessibility links

Urmiyyədə həbs olunan azərbaycanlılar zaminə buraxıldı


İrandakı mənbələrin yaydığı xəbərlərə görə, ötən ay Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyyədə həbs olunan azərbaycanlı fəallardan bir neçəsi artıq müvəqqəti azadlığa buraxılıb.

21 Azər hərəkatı ərəfəsində həbs olunmuş azərbaycanlılardan 6 nəfəri - Nəvid Sultani, Səid Mahmudi, Höccət Mahmudi, Sitarə Qasımi, Humən və Rəhman Qasımilər müxtəlif məbləğlərdə girov qoymaqla yanvarın 5-də zaminə buraxılıblar.

Son bir neçə ildə İranda azərbaycanlılar 21 Azər hərəkatının ildönümlərində etiraz aksiyaları keçirməyə cəhd edirlər.

XS
SM
MD
LG