Accessibility links

İsrail  Misir və Fransanın sülh planını alqışlayıb


İsrail Misir və Fransanın Qəzzada sülh yaratmaq planını alqışlayıb, lakin hələlik onu qəbul etməyib. İsrail hökumətinin sözçüsü Mark Regev deyib ki, İsrail atəşkəsə yalnız Həmas Qəzzadan yəhudi dövlətinə qarşı raket hücumlarını dayandırdığı və fələstinli yaraqlıların oraya yenidən daxil olmasının qarşısını aldıqdan sonra razı ola bilər. Həmas Misir və Fransanın təklif etdiyi planı nəzərdən keçirdiyini bildirib. Fransa preidenti Nikola Sarkozi deyib ki, İsrail və Fələstin Muxtariyyət planını qəbul edib. Planda Qəzzaya humanitar yardımın çatdırılmasına imkan vermək üçün məhdud atəşkəsin dərhal qəbul edilməsi nəzərdə tutulur.

XS
SM
MD
LG