Accessibility links

Çin və ABŞ arasında diplomatik münasibətlərin 30 ili tamam oldu


Çinlə ABŞ arasında 30 illik rəsmi diplomatik əlaqərin ildönümü münasibəti ilə Amerikanın dövlət katibinin müavini Con Neqroponte və Çinin xarici işlər naziri Yang Tseçi görüş keçirib. Çin və Amerika Birləşmiş Ştatlarının nümayəndələri son 3 onillik ərzində münasibətlərin dərinləşdiyini xüsusi vurğulayıblar. Dövləq katibinin müavini Amerika-Çin əlaqələrinin gələcəkdə də axımlı inkişafı arzusunda olduğunu bildirib. Con Neqroponte 1971-ci ildə ilk dəfə olaraq Amerikanın stolüstü tennis komandasının Çinə səfəri ilə bağlı mərasimin də iştirakçısı olub. Pinq-Ponq Diplomatiyası adlandırılan tədbir Milli təhlükəsizlik müşaviri Henri Kissincerin uzun müddət təcrid edilən bu ölkəyə səfərini təminat altına almışdı. Vaşinqtonla Pekin arasında diplomatik əlaqələrin təməli 1979-cu ilin yanvar ayının birində qoyulub. Sabah ABŞ-a qayıtmazdan əvvəl Neqroponetenin Çinin Kommunist partiyasının yüksək səlahiyyətli rəsmisi, vitse-prezident Ksi Tsinpinqlə görüşü keçirilməlidir.

Qəzza böhranına görə ABŞ dövlət katibi Kondoliza Raysın Çin səfəri təxirə salındıqdan sonra onun müavini Con Neqraponte bu ölkəyə səfər edir.

XS
SM
MD
LG