Accessibility links

BMT agentliyi  İsrailin əməliyyatları nəticəsində yaranmış təhlükəyə görə Qəzzaya yardımı dayandırıb


BMT-nin yardım agentliyi Qəzzada İsrail ordusunun əməliyyatlarının yaratdığı təhlükəyə görə orada fəaliyyətini dayandırmağa məcbur olub. Bu elan bu gün BMT rəsmiləri təşkilatın müqavilə əsasında yardım təşkilatı üçün sürücü işləyən şəxsin İsrailin açdığı atəş nəticəsində öldüyünü bildirdikdən sonra verilib. Rəsmilər konvoyun hərəkət etməsini əvvəlcədən İsrail silahlı qüvvələri ilə müzakirə etdiklərini bildiriblər. BMT baş katibi Ban Ki Mun hücumu qınayıb və dərhal atəşkəsə çağırıb. İsrail rəsmiləri insidenti araşdıracaqlarını bəyan ediblər.

XS
SM
MD
LG