Accessibility links

Ukraynaya verilən təbii qazın qiymətlərində endirim olmayacaq


Rusiya prezidenti Dmitri Medvedyev Ukraynaya verilən təbbi qazın qiymətlərində endirim olmayacağını bildirib. Ukrayna-Rusiya qarşıdurması qaz təchizatının tamamilə dayandırılmasından sonra daha da dərinləşib. Rusiya Ukraynanı Avropa üçün nəzərdə tutulan qazın oğurlanmasında günahlandırır. Rusiya prezidenti Medvedyev bildirib ki, Ukraynanın dövlət başçısı Viktor Yuşenko ilə telefon söhbəti zamanı Ukraynanın Sovet İttifaqının süqutundan-1991-ci ildən bəri ödədiyi qiymətlərlə deyil, bazar qiymətləri ilə qaz əldə etməli olduğunu deyib. Tərəflər beynəlxalq müşahidəşilərin Ukrayna ərazisindən keçən qaz nəqlinin monitorinqinə razılıq veriblər.
XS
SM
MD
LG