Accessibility links

Deyvid Petreyes bəzi məsələlərlə bağlı İranla iş aparıla biləcəyini deyib


ABŞ-ın Mərkəzi Asiya və Yaxın Şərqdəki qüvvələrinin komandanı, ordu generalı Deyvid Petreyes İranla Əfqanıstan və İraq münaqişələrinin bəzi məsələrinə dair birgə iş aparıla biləcəyini deyib. Lakin general eyni zamanda İran elementlərinin hər iki ölkədə problem yaradacağının istisna edilmədiyini bildirib. General deyib ki, İranın İraq və Əfqanıstan məsələrinə müdaxiləsi, nüvə silahlarına görə qarşıdurma, insan hüquqları və digər sahələrdəki narahatlıqlara baxmayaraq, Amerika ilə İran xüsusilə Əfqanıstanda olmaqla, ortaq maraqlar bölüşür. General Petreyes İranın öz məallarını Əfqanıstan ixrac etmək istədiyini də bildirib. Lakin o, İrandakə bəzi qüvvələrin bunun əleyhinə olduğunu vurğulayıb.

ABŞ-ın Mərkəzi Asiya və Yaxın Şərqdəki qüvvələrinin komandanı, ordu generalı Deyvid Petreyes əlavə edib ki, İranla İraq arasında ortaq maraqlar da var. General başlıca factor kimi ticarət və İran dindarlarının İraq ziyarətini göstərib. O, İranın ABŞ təhlükəsizlik razılığına mane ola bilmədikdən, şiə yarqlıları şəbəkəsinin məğlubiyyətindən sonra və 10 gün sonra Amerikanın yeni administarsiyasının hakimiyyətə gəlməsi ilə hazırda İraqla bağlı siyasətini nəzərdən keçirdiyini deyib. General Petreyes deyib ki, İradqa iki il ərzində uğurla həyata keçirilən fəlaiyyətlər indi Əfqanıstana yönəldilib.

XS
SM
MD
LG