Accessibility links

Obama kəşfiyyat komandasının əsas üzvlərinin adını açıqladı


ABŞ-ın növbəti prezidenti Barak Obama kəşfiyyat komandasının əsas üzvlərinin adlarını açıqlayıb. Cənab Obama Amerikanın təqaüddəki admiralı Dennis Bleyri Milli Kəşfiyyat idarəsinə rəhbər təyin edib. Bleyr Amerikanın Sakit Okenı hərbi dəniz qüvvələrinin sabiq komandanıdir. Barak Obama Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə Leon Panettanı təyin edib. Bir neçə gün əvvəl mətbuata sızan bu seçimlə bağlı xəbər Pannetanın kəşfiyyat sahəsindəki təcrübəsizliyinə dair təqnqidlərə səbəb olub. Kaliforniyandan sabiq konqresmen Panetta prezident Bill Klintonun hakimiyyəti dövründə icra aparatının rəhbəri vəzifəsində çalışıb. Barak Obama Amerikanın 16 kəşfiyyat idarəsinin terror şəbəkələri, uğursuz dövlətlər və təhlükəzilik hədələrinə qarşı mübarizədə birgə çalışdığını vurğulayıb.

XS
SM
MD
LG