Accessibility links

Rusiya və Avropa İttifaqı arasında Ukrayna ərazisindən keçən  qaz kəmərinin monitorinqinə dair razılıq əldə edilib


Rusiya və Avropa İttifaqı arasında Ukrayna ərazisindən keçən qaz kəmərinin monitorinqinə dair razılıq əldə edilib. Rusiyanın baş naziri Vladimir Putinlə imzalanan razılıq Avropaya qaz nəqlinin bərpasını təmin edəcək . Avropaya qaz nəqli Ukrayna ilə mübahisəyə görə dayandırılıb. Dünən Rusiya ilə Ukrayna arasında qaz kəmərinin monitorinqinə dair müzakirələr nəticəsiz başa çatmışdı. Razılıq Vladimir Putinin Çex Respublikasının baş naziri Mirk Topolaneklə görüşündən sonra əldə edilib. Rusiyanın Gazprom şirkəti razılıq əldə edildikdən dərhal sonra qaz nəqlinin bərpa ediləcəyini bəyan etmişdi. Ukraynanın baş naziri Yuliya Timoşenko bildirib ki, monitorinq həyata keçirldiyi təqdirdə Ukrayna razılığa imza ata bilər. Razılığın şərtlərinə etiraz edən Ukrayna sənədin Moskvaya hədsiz nəzarət hüququ verdiyindən şikayətlənir.

XS
SM
MD
LG