Accessibility links

Barak Obamanın iqtisadi xilas proqramı 3-4 milyon yeni iş yerinin açılmasına xidmət edəcək


ABŞ-ın növbəti prezidenti Barak Obama təklif etdiyi yeni iqtisadi xilas proqramının 3-4 milyon yeni iş yerinin açılmasına xidmət edəcəyini bildirir. Həftəlik radio müraciəti zamanı Obama işlərin 90 faizinin özəl sektorlarda açılacağını, qalan 10 faizin isə polis, tədirs kimi mühüm ictimai xidmətlərin payına düşəcəyini deyib. Prezident seçilən Barak Obama bildirib ki, göstəricilər onun iqtisadi komandasının araşdırmalarına əsaslanır. Planda yarım milyon insanın enerji sahəsində çalışacağı, 400000 adamın isə yollar, körpülər və məktəblərin təmir işlərinə cəlb ediləcəyi nəzərdə tutulur.

Amerika Birləşmiş Ştatlarında işsizlik səviyyəsi dekabr ayında 7.4 faiz artıb. Bu isə son 15 ildə ən yüksək göstəricidir. Əmək nazirliyinin hesabatında deyilir ki, Amerikanın geriləyən iqtisadiyyatı 2008-ci ildə 2.6 milyon iş yerinin bağlanmasına səbəb olub. Təkcə dekabr ayında yarım milyon insan işini itirib.
XS
SM
MD
LG