Accessibility links

ABŞ-ın növbəti vitse-prezidenti Co Bayden Qəndəhara səfər edib


ABŞ-ın növbəti vitse-prezidenti Co Bayden Taliban yaraqlılarının istinadgahı olan Qəndəhara səfəri zamanı Barak Obamanın Əfqanıstandakı qüvvələrə dəstəyini bir daha bəyan edib. Bayden Qəndəharda Əfqanıstana səfərinin ikinci günü olub. Ordu komandirləri ona koalisiya qüvvələrinin cənubdakı fəaliyyətləri barədə qısa məlumat verib. ABŞ yaraqlılarla mübarizə üçün il ərzində bu əraziyə 30 min qüvvə göndərməyi planlaşdırır. NATO qüvvələrinin başçılıq etdiyi koalisiya qüvvələrinin bəyanatında deyilir ki, Co Bayden regionda baş verənlərə dərin maraq göstərdiyini bildirib. Belə ki, cənab Baydenin sözlərinə görə, burada baş verənlər hamıya təsir göstərir. ABŞ –ın növbəti prezidenti Barak Obama yanvarın 20-də səlahiyyət müddətinə başlayandan sonra İraqda müharibənin sona çatdırılması və Əfqanıstanda mübarizə səylərinin artırılmasına söz verib.
XS
SM
MD
LG