Accessibility links

Barak Obama Quantanamo həbsxanasının hakimiyyətinin birinci 100 günü ərzində bağlanacağını gözləmir


Birləşmiş Ştatların növbəti prezidenti Barak Obama bildirib ki, prezidentliyinin ilk 100 günü ərzində Kubada Quantanamo həbsxanasını bağlamaq haqda kampaniya zamanı verdiyi vədinə əməl edə biləcəyini gözləmir. Bu gün ABC tele-şirkətinə müsahibə verən cənab Obama deyib ki, həbsxananın bağlanması bir çox adamın təsəvvür etdiyindən daha çətindir. Bununla belə o, rəhbərlik edəcəyi administrasiyanın həbsxananı son nəhayətdə bağlayacağını bildirib. Cənab Obama habelə Qəzzada münaqişə ilə bağlı sualları cavablandırıb, lakin açıqlamalar verməkdən boyun qaçırıb və əvvəli izahatını təkrar edərək deyib ki, Birləşmiş Ştatlar belə ağır vəziyyətdə siqnallar göndərən iki administrasiyaya malik ola bilməz.

XS
SM
MD
LG