Accessibility links

Tələbə birlikləri Vəhid Şıxbəylinin azadlığına çağırır


İran Azərbaycanından gələn xəbərlərə görə, Təbrizin Özəl Universitetinin tələbə birlikləri təxminən iki həftə öncə Təbriz Ettelaatı tərəfindən həbs olunan Vəhid Şıxbəylinin azad olunmasını tələb edən bəyanatla çıxış edib.

Təbrizin Özəl Universitetinin İslami Birliyi, eləcə də həmin təhsil müəssisəsinin “Vəhdət” və“Arman” tələbə təşkilatları azərbaycanlıların milli haqları uğrunda hərəkatın fəallarından olan cənab Şıxbəylinin həbsinin qanunsuz olduğunu bildiriblər.

Bəyanatda qanunsuz təqiblərin dayandırılması tələb edilərək, kütləvi həbslər və təqiblərlə insanları vətən sevgisi, azadlıq eşqi və düşüncələrindən əl çəkdirməyin mümkün olmayacağı deyilir.

Bəyanata imza atan tələbə birlikləri həm də təcridxanalarda saxlandıqları zaman siyasi fəallara qarşı işgəncə və digər qanunsuz sorğu-sual üsullarından istifadə olunmasının ciddi narahatlıq doğurduğunu vurğulayıb, Vəhid Şıxbəyli kimi fəalların həbsinin höküməti tənqid edənlərın susdurulması kapmaniyasının tərkib hissəsi olduğunu bəyan ediblər.

Təbrizin Özəl Universitetinin “Arman” Tələbə Təşkilatının Mərkəzi Şura üzvü, Vəhid Şıxbəyli 2 həftə öncə naməlum şəxslər tərəfindən Təbrizdəki evinin qarşısında oğurlanıb. Ertəsi gün onu “oğurlayanların” Ettelaat əməkdaşları olduqları məlum olub. Onun hazırda Təbriz həbsxanasında saxlandığı bildirilir.

XS
SM
MD
LG