Accessibility links

Barak Obama İranla bağlı yeni siyasət yürüdəcək


İran rəsmiləri ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın bu ölkəyə münasibətdə vəd etdiyi yeni dəyişikləri gözlədiklərini bildirirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi bu gün bildirib ki, İran hər bir dəyişikliyə müvafiq cavab verəcək.

Bazar günü ABŞ telekanallardan birinə müsahibəsində cənab Obama İrana münasibətdə yeni yanaşma tətbiq edəcəyini söz verib.

O habelə bildirib ki, hər şey İranın davranışlarından asılı olacaq.

Yeni prezident deyib ki, o, İrandan onun administrasiyasının müsbət çağırışlarına düzgün cavab verməsini gözləyəcək.
İran rəsmisi isə xatırladıb ki, ABŞ-ın hazırkı prezidenti Corc Buş prezidentliyinin icrasına başlayarkın İranın adını “Şər oxu” ölkələri siyahısında hallandırmışdı.

ABŞ-la İran arasında diplomatik əlaqələr 29 il bundan əvvəl, İslam Respublikasında Amerika səfirliyinə hücumdan sonra kəsilib.

XS
SM
MD
LG