Accessibility links

Bağdadda bomba hücumları nəticəsində 8 adam həlak olub


İraq polisinin bildirdiyinə görə, Bağdadda təhlükəsizlik qüvvələrini hədəf alan bomba hücumları nəticəsində 8 adam həlak olub. Polis keşikçilərinə qarşı yönələn və eyni zamanda işə salınan iki bomba partlayışı 3 mülki vətəndaşın ölümünə, 10 nəfərin xəsarət almasına səbəb olub. Yarmuk bölgəsində digər bir partlayış hərbi sursat daşıyan yük maşınındakı 3 əsgərin ölümü, 4 mülki vətəndaşın yaralanması ilə nəticələnib. Dördüncü partlayış Bağdadın Karrada bölgəsində 1 mülki vətəndaşın ölümünə və bir neçə adamın yaralanmsına yol açıb.

XS
SM
MD
LG