Accessibility links

Rəsmi Bakı Moskvadan izahat istəyir


Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah verməsi ilə bağlı məlumatlarla əlaqədar bü ölkənin Azərbaycandakı səfiri Vasili İstratov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirlik bildirir ki, səfirdən məsələyə aydınlıq gətirməsi istənilib.

Azərbaycan tərəfi bu məlumatın həqiqətə uyğun olub–olmadlğı barəsində Rusiyaya rəsmi sorğu təqdim edib.

Öz növbəsində səfir sorğu ilə əlaqədar ölkəsinin məsələyə aydınlıq gətirəcəyini bildirib.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bu ölkənin Ermənistanın Gümri şəhərində yerləşən hərbi qüvvələrinə məxsus 102 saylı hərbi bazasından 800 milyon dollar həcmində hərbi silah və sursatın Ermənistan Müdafiə Nazirliyinin sərəncamına verildiyini təsdiqləyib.

Bu məsələyə etiraz edən Azərbaycanın müstəqil siyasətçiləri və ekspertlər hesab edirlər ki, beynəlxalq təşkilatlar faktla bağlı həm Rusiyaya, həm də Ermənistana ciddi təpki göstərməlidir.

XS
SM
MD
LG