Freedom House insan hüquqları müdafiəsi qrupu dünyada siyasi hüquqlar və milki azadlıqlar sahəsində geriləmələr müşahidə edildiyini bildirir. Təşkilatın illik sorğularının nəticələri ən böyük geriləmərin Böyük Səhraaltı dövlətlər və keçmiş Sovet respubliaklarında qeydə alındığını göstərib. Freedom Housun bildirdiyinə görə, Baltikyanı dövlətlərdən başqa post-Sovet məkanında Rusiya və Gürcüstanda vəziyyət daha ağırdır. Siyasi hüquqlar və milki azadlıqlar sahəsində geriləmələr müşahidə edilən keçmiş Sovet respublikaları arasında Azərbaycan, Ermənistan, Qırğızıstan və Moldovanın da adları çəkilir. Freedom House 62 ölkənin qismən azad, 22 ölkənin qeyri-azad olduğunu bildirir.