Yenicə
çap edilmiş hesabatda bildirilir ki, Obama administrasiyası ABŞ hərbçilərinin
Əfqanıstandakı missiyasını yenidən nərzədən keçirəcək. Washington Post qəzeti yazır ki, növbəti
prezident Barak Obama Əfqanıstana əlavə 30 min əsgər göndərəcək ki,
bu da hazırkı qüvvənin sayını ikiqat artıracaq.
Qəzet yazır ki, cənab Obamanın milli təhlükəsizlik komandası yeni
yerləşdirmələrin vəziyyəti yaxılaşdıracağını güman etmir. Lakin əlavə qüvvələrin Əfqanıstana gəlişi
administrasiyaya yeni strategiya hazırlmağa vaxt verəcək. Talibanın artan hücumları fonunda ötən il
Əfqanıstanda vəziyyət pisləşib.