Accessibility links

Konqresdə Senator Hillari Klintonun Dövlət katibi vəzifəsinə təsdiqilə bağlı dinləmələr gedir


Konqresin Xarici Əlaqələr Komitəsində ABŞ Dövlət katibi vəzifəsinə nominasiya edilmiş senator Hillari Klintonun təsdiqilə bağlı dinləmələr keçirilir.Senator Klinton deyib ki, təsdiq edilsə, o, Dövlət katibi kimi Amerikanın diplomatiyasının canlandırılması üçün onun ifadəsilə, gücdən ağıllı şəkildə istifadə etməyə çalışacaq. Xanım Klinton komitə üzvlərinə deyib ki, Birləşmiş Ştatlar və dünya ölkələri İraq və Əfqanıstanda müharibələr, terrorçuların yaratdığı təhlükələr və kütləvi qırğın silahlarının yayılması kimi çox böyük risklər qarşısında ola bilər. Amerikanın keçmiş birinci xanımı 2008-ci il seçkilərində prezident seçilmiş Barak Obamanın rəqibi olmuş və kampaniya dövrü Amerikanın liderliyini yeniləşdirmək və ABŞ diplomatiyasını canlandırmağa söz vermişdir. Hillari Klintonun Amerikanın baş diplomat vəzifəsinə təsdiq ediləcəyi gözlənilir.

XS
SM
MD
LG