Accessibility links

ABŞ-ın növbəti vitse-prezidenti Bağdadda İraq liderlərilə görüşüb


ABŞ-ın növbəti vitse-prezidenti Co Bayden bu gün Bağdadda İraq rəsmilərilə görüşüb. Cənab Bayden İraqın baş naziri Nuri əl-Məliki ilə danışıqlardan sonra heç bir rəsmi açıqlama verməyib. Lakin İraq mənbələrinə əsasən, danışıqların diqqət mərkəzində ABŞ hərbi qüvvələrinin məsuliyyətli şəkildə İraqdan çıxarılması məsələsi olub. ABŞ-ın növbəti prezidenti Barak Obama 16 ay ərzində İraqdan Amerikanın 140 min əsgərinin çıxarılacağına söz verib. Bu, ABŞ və İraq arasında bu yaxınlarda təhlükəsizliyə dair müqavilədə göstərildiyindən daha erkən müddətdir. Vitse-prezident Co Bayden Bağdaddan sonra Kərkükə səfər edib. Cənab Bayden neftlə zəngin regionda siyasi vəziyyət nəticəsində bütün ölkədə yerli seçkilərin bir ay təxirə salındığı Kərkükdə regional liderlərlə görüşüb.

XS
SM
MD
LG