Accessibility links

İsrail qüvvələri və tankları Qəzzanın içərilərinə doğru irəliləyir


BMT-nin baş katibi Pan Gi Mun İsraillə fələstinlilər arasında atəşkəs əldə edilməsi səyləri çərçivəsində regiona səfər etdiyi vaxt İsrail qüvvələri və tankları bu gün Qəzzanın içərilərinə doğru irəliləyir. İsrail ordusunun məlumatına görə, döyüş təyyarələri raket qurğuları sahələri, Həmasın komandanlığı, Misir sərhədlərində silah daşınan tunnel və silah anbarları daxil edilməklə, 60-dan artıq obyekti hədəf alıb. Fələstinin səhiyyə rəsmiləri hava hücumları nəticəsində 12 adamın həlak olduğunu bildirir.

3 həftə davam edən döyüşlər nəticəsində 900-dən artıq fələstinli və 13 israilli həlak olub. BMT-nin baş katibi Pan Gi Mun İsrail, İordan çayının qərb sahili, İordaniya,Türkiyə, Suriya, Livan və Küvyet liderləri ilə Yaxın Şərq böhranını müzakirə etməlidir.

XS
SM
MD
LG