Accessibility links

Obama insan haqları məsələsinə ciddi yanaşmalıdır


Mərkəzi qərargahı ABŞ-da yerləşən insan haqları qrupu növbəti prezident Barak Obamanı ABŞ insan haqları sahəsində lider statusunu bərpa etməyə çağırıb. “Human Rights Watch”-un bu gün açıqlanan bəyanatında deyilir ki, Qəzzada İsrail və Həmas arasında davam edən münaqişə insan haqlarının pozulmasına beynəlxalq diqqətə ehtiyac olduğunu göstərir. Qəzzada zorakılıqlar nəticəsində yüzlərlə insan həlak olur. “Human Rights Watch” bildirir ki, Qərbin güclü rəhbərliyinin olmadığına görə, Əlcazair, Çin, Hindistan, Pakistan və Rusiya kimi ölkələrdə insan haqları ciddi şəkildə pozulur. Qrup deyir ki, cənab Obama Buş administrasiyasının yaratdığı təhlükənin ciddiliyini dərk etməlidir.
XS
SM
MD
LG