Accessibility links

BMT-nin baş katibi Qəzza ilə bağlı sülh planını müzakirə edir


BMT-nin baş katibi Pan Gi Mun Qahirədə Misir prezidenti Hüsnü Mübarək və İspaniyanın xarici işlər naziri Migel Moratinosla görüşərək, Qəzzadakı müharibə ilə əlaqədar Misirin sülh planını müzakirə etmişdir. Danışıqlardan sonra dərhal mətbuat konfransı keçirilb. Mətbuat konfransında çıxış edən cənab Ban Qəzzada çox sayda insanın həyatına son qoyulduğunu deyib və təcili olaraq hər iki tərəfiatəşkəsə çağırıb. BMT-nin baş katibi eləcə də, beynəlkxalq ictimaiyyəti atəşkəsə çağıran Fransa-Misir sülh planına dəstək verməyə səsləyib. Cənab Ban Qəzzaya səfər etmək arzusunda olduğunu, lakin hal-hazırda təhlükəsizlik baxımında orada vəziyyətin qorxulu olduğunu deyib. O, BMT rəsmiləri ilə Qəzzadakı humanitar böhranla əlaqədar danışıqlar apardığını bildirib. Cənab Ban tərəfləri BMT-nin Təhlükəsizlik Şurasının atəşkəsə çağıran qətnaməsinə riayət etməyə çağırıb.

Həmas liderləri Misirin sülh planına qarşı çıxaraq deyirlər ki, İsrail birtərəfli qaydada atəşkəs elan etməli, Qəzzadan çıxmalı və sərhəd keçidlərini bərpa etməlidir.


XS
SM
MD
LG