Accessibility links

Avropa Şurası MTRŞ-nin qərarından narahatdır


Bu gün Avropa Şurasının Nazirlər Komitəsinin sədri, İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos və Parlament Assambleyasının sədri Luis Mariya de Puç Azərbaycanda söz azadlığı barədə açıqlama verib. Rəsmilər bildirib ki, 2001-ci ildə Avropa Şurasına daxil olan Azərbaycan demokratik cəmiyyətin mühüm tərkib hissəsi olan söz azadlığına və kütləvi informasiya vasitələrinin müstəqilliyinə zəmanət vermək öhdəliyi götürüb. “Biz ölkənin Milli Televiziya və Radio Şurasının bir neçə qərb radiosunun yayım lisenziyasını uzatmamaq qərarı qəbul etməsinə təəssüf edirik” – deyə Avropa Şurası rəsmiləri bildirib.
XS
SM
MD
LG