Accessibility links

Dünyada hər gün doğuş zamanı 1500 qadın dünyasını dəyişir


Dünyada hər gün hamiləlik ağırlaşmaları və doğuş zamanı 1500 qadın dünyasını dəyişir. İl ərzində ölüm halları yarım milyon qadının həyatına son qoyur. BMT-nin uşaq fondu-UNİSEF-in bu gün açıqladığı hesabatında deyilir ki, ölüm hallarının çoxunun qarşısı alına bilərdi. Dünyada doğuş zamanı ən çox qadının vəfat etdiyi ölkə Əfqanıstandır. UNİSEF bu ölkədə hər gün 1800 qadının analıq cəhdinin qurbanı olduğunu bildirir. Banqladeş analar arasında yüksək ölüm göstəricilərinə malik olan ölkələr arasındadır. UNİSEF-in hesabatında Banqladeşdə hər gün 570 qadının doğuş zamanı öldüyü bildirir. Bu ölkədə doğuşların ev şəraitində keçirilməsi ciddi ağırlaşmalarla müşayiət edilir. UNİSEF-in hesabatında vurğulanır ki, hər 5 anadan 4-nün ölümünə səbəb olan probemləri ən adi tibbi müdaxilə ilə aradan qaldırmaq mümkündür.

XS
SM
MD
LG