Accessibility links

Yunanıstan ATƏT-in Gürcüstanda missiyasını davam etdirmək üçün yeni təkliflər irəli sürüb


Yunanıstanın Xarici İşlər naziri Dora Bakoyannis deyib ki, onun ölkəsi keçən il avqust ayında Rusiya və və Gürcüstan arasında hərbi münaqişədən sonra Gürcüstanda beynəlxalq monitorinqi saxlamaq üçün yeni təkliflər irəli sürüb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının rotasiya üzrə sədrliyini icra edən Yunanıstanın Xarici İşlər naziri Bakoyannis bu gün ATƏT-in Vyanada iclasında müxbirlərlə danışıb. ATƏT yanvar ayının birində Rusiya mövcud mandatın uzadılmasından imtina etdikdən sonra Gürcüstanda öz fəaliyyətlərini dayandırmışdı. Moksva ATƏT-in müşahidəçilərini münaqişədə Gürcüstanın tərəfini tutmaqda ittiham edərək, müşahidə missiyasına son qoymaq üçün öz veto hüququndan istifadə etmişdir. Yunanıstanın təkliflərinin detalları açıqlanmayıb. Lakin Bakoyannis bildirib ki, ATƏT missiyanı saxlamaq üçün səylərini davam etdirəcək.

XS
SM
MD
LG