Accessibility links

Marsda metan qazı aşkar edilib


ABŞ Fəza Agentliyi NASA deyir ki, Marsda iri metan kütləsinin aşkarlanması qırmızı planetdə həyatın mövcudluğuna işarə ola bilər. 3 teleskop vasitəsilə aparılan araşdırma göstərir ki, 2003-cü ilin bir neçə ayı ərzində Mars atmosferinə 21 min ton metan qazı buraxılıb. Yer kürəsində metan qazının əksəriyyəti heyvan həzmindən və çürüyən üzvi maddələrdən qaynaqlanır. Lakin alimlər deyir ki, Marsın səthindəki metan tüstüləri səthin altındakı kimyəvi reaksiyaların nəticəsi də ola bilər. Alimlər deyir ki, yeni araşdırma NASA-nın Marsda həyatın mövcudiyyəti haqda mövqeyini dəyişə bilər. Onlar deyir ki, NASA indi Marsa enmə nöqtəsini metan qazının atmosferə çıxdığı əraziyə yaxın yerə köçürə bilər.
XS
SM
MD
LG