Accessibility links

İsrail atəşkəslə bağlı qərarını bu gün verməlidir


İsrail liderləri Həmasa qarşı 3 həftəlik hücumlarını dayandırıb-dayandırmamaq barədə qərar verməyə hazırlaşdığı bir vaxt ölkə Qəzza Zolağına yeni hücumlara başlayıb. İsrailin Təhlükəsizlik Kabineti bu gün birtərəfli atəşkəs üçün səsvermə keçirməyi planlaşdırır. Həmas tələbləri təmin edilməyənədək mübarizəni davam etdirəcəyini deyərək, İsrailin atəşkəs təşəbbüsunun rədd ediləcəyini bildirib. Bu gün dövlət telekanalında müraciəti zamanı Misir prezidenti Hüsnü Mübarək İsraili Qəzzada hərbi əməliyyatlarını təcili dayandırmağa və qoşunlarını çıxarmağa çağırıb. Misir İsraillə Həmas arasında atəşkəs əldə olunmasına vasitəçilik edir. İsrail deyir ki, bu gecə Həmasın 50-yə yaxın hədəfinə hücum edib. Bu obyektlərə, raket buraxılan ərazilər və silah qaçaqmalçılığı tunelləri daxildir.
XS
SM
MD
LG