Şimali
Koreya bildirir ki, ölkə 4 və ya 5 nüvə başlığı düzəltmək üçün kifayət qədər
plutoniuma malikdir. Pxenyanda rəsmilərlə danışıqlardan yenicə qayıdan ABŞ-ın
nüvə eksperti Seliq Harrison Pekində jurnalistlərə deyib ki, ona silahların
yoxlanıla bilməyəcəyini bildiriblər. Harrisonun
sözlərinə görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin ABŞ bölməsinin baş
direktoru Li Qun ona deyib ki, hökumət yanlız ABŞ-la Pxenyan arasında
münasibətlər tam normallaşandan sonra nüvə tərk-silah məsələsini müzakirə edə
bilər. O, danışıqlar üçün vaxt göstərməyib. Bu gün səhər Şimali Koreya Xarici
İşlər Nazirliyindən bildiriblər ki, ölkə ABŞ-in təhdidini hiss etdikcə, nüvə
silahlarından imtina etməyəcək.