Accessibility links

Suriya Barak Obama administrasiyası ilə əməkdaşlığa hazırdır


Suriya prezidenti Bəşər Əl-Əsəd ABŞ-ın növbəti prezidenti Barak Obama administrasiyası ilə əməkdaşlığa və Yaxın Şərqdə sabitliyinin bərqərar edilməsinə yardım göstərməyə hazır olduğunu deyib. Prezident Əsəd bunları Almaniyanın "Der Spiegel" jurnalına verdiyi müsahibəsində bildirib. ABŞ-ın növbəti prezidenti Obama Suriyanın İranı nüvə silahlarından çəkindirmək səylərinə qoşulmasını istədiyini deyib. Buna cavab olaraq Suriyanın dövlət başçısı Dəməşqin prosesə cəlb edilməli olduğunu bildirib. O,eyni zamanda İranla əlaqərlərini dayandırmayacağını bəyan edib. Bəşər Əl- Əsəd deyib ki, Amerika ilə yaxşı münasibətlər İranla pis münasibətlər demək deyil.

XS
SM
MD
LG