Accessibility links

Yəməndə iki alman qaz şirkəti kontraktoru girov götürülüb


Yəməndə silahlı şəxslər tərəfindən iki alman qaz şirkəti kontraktoru girov götürülüb. Röyter xəbər agentliyinin məlumatına görə, onlar arasında iki yəmənli işçi də var. Qaz şirkəti rəsmiləri hadisənin Yəmənin cənub Şebva regionunda baş verdiyini deyirlər. Əlavə məlumat əldə etmək mümkün olmayıb. Yəməndə xaricilər hökumətlə mübahisələrə görə qəbilərin əllərində vasitəyə çevrilib. Keçən ay Sanaada 3 alman vətəndaşı oğurlanmış, bir həftədən sonra azad edilmişdi.


XS
SM
MD
LG