Accessibility links

Barak Obama bu gün Martin Lüter Kinqin anım mərasimlərində iştirak edir


ABŞ-ın növbəti prezidenti Barak Obama bu gün Afrika mənşəli amerikalı, vətəndaş hüquqları müdafiəçisi Martin Lüter Kinqin anım mərasimlərində iştirak edir. İnaqurasiyasından bir gün əvvəl Amerikanın ilk afro-amerikalı prezidenti olacaq Obama müxtəlif- iməciliklər, hərbi xidmətdə olanlar üçün hədiyyələr hazırlanması kimi tədbirlərə qatılır. Növbəti prezident Vaşinqtonda amerikalılara ictimai xidmətlərin təşkili və onların əldə edilməsi üçün veb səhifələrinin təsisinə dair proqramları müzakirə edir. Axşam Barak Obama senator Con Makkeyn, vitse-prezident seçilən Co Bayden və sabiq dövlət katibi Kolin Pouelin də iştirak edəcəyi şam yeməyinə ev sahibliyi edəcək.

XS
SM
MD
LG