Accessibility links

İrqi ayrı-seçkiliyin şahidi olmuş amerikalılar Barak Obamaya böyük ümidlə baxır


Vaşinqtonda 160 il tarixi olan kilsə Amerikada quldarlıq hələ qanuni olduğu bir vaxt tikilib. Onun yaxınlığında hətta qulların satıldığı bazar da olub. Bu kilsə deyilənə görə, bir zamanlar Amerikanın şimalında qulların azadlığa çıxmasına kömək etmiş gizli şəbəkənin onları qaçırarkən istifadə etdiyi dayanacaq olub. 100 il bundan əvvəl Amerikada quldarlıq ləğv edildikdən sonra da Afrika mənşəli amerikalılar bərabərlik uğrunda mübarizəni davam etdiriblər. Cəmiyyətdə qaralar hər yerdə ağlardan ayrı idi.

1963-cü ildə Doktor Martin Lüter Kinq irqi bərabərlik tələbilə Vaşinqtona gəlmiş ağlar da daxil olmaqla, yüz min insan qarşısında " Mənim bir arzum var" adlı çıxışını etdi.

Lakin hətta o çıxışı dinləyənlər üçün də Afrika mənşəli prezidentin seçilməsi mümkün görünmürdü.

İndi Vaşinqtonun tarixi kilsəsinə toplaşanlar insanlar Amerikanın ilk Afrika mənşəli prezidentini böyük sevinc və fərəh hissi ilə qaşılayırlar.

XS
SM
MD
LG