Accessibility links

ABŞ-da prezidentin inaqurasiya tarixi


İnaqurasiyalar bir il yarım əvvəl, namizədlərin yarışlara qoşulduğu andan başlayan siyasi həyata yeni prezidentlərin ilk qədəmi hesab edilir. İndiçmə mərasimi Amerikanın siyasi sisteminin davamlılığı və qüdrətinin təcəssümü kimi simvolik mahiyyət kəsb edir. Yanvar ayının 20-si günorta saat 12-i. Seçkilərdən iki ay sonra gələcək 4 illik dönəm üçün prezidentlərin Ağ Evə keçidinə təməl qoyulur. İnaqurasiya günü 1789-cu ildən ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun andiçməsindən bu günədək davam edir.
İnaqurasiya günü səhərdən yeni prezidentin Ağ Evi tərk edən dövlət başçısı ilə görüşü ilə başlayır. Bundan sonra onlar Kapitoli binasına yola düşür.
Günorta yeni prezident Amerikanın Ali Məhkəməsinin baş hakimi qarşısında and içir. Hakimin mərasimdə iştirakı da simvolik mahiyyət daşıyır.
Prezidentlər əllərini incil üzərinə qoyaraq and içirlər. Corc Vaşinqtondan qalan bu ənənə xristianlıqla bağlılığı nümayış etdirmir. Yeni prezident 21 salyutla alqışlandıqdan sonra ilk rəsmi inaqurasiya müraciətini edir. Mərasimdən sonra sabiq prezident Ağ Evi tərk edir, yeni prezident isə paradı izləmək üçün Ağ Evə gedir. İnaqurasiya günü balla başa çatır.
XS
SM
MD
LG