İraqın şiə ruhani lideri Ayətulla Əli Əl-Sistani iraqlıları yanvar ayının 31-də təşkil ediləcək vilayət seçkilərində fəallığa səsləyib. Əl-Sistani bu gün açıqladığı bəyanatda seçiciləri təmsilçiləri diqqətlə seçməyə çağırsa da, heç bir namizədə dəstək verməyib. Ayətulla Əli Əl-Sistani daha əvvəlki seçkilərin nəticələrinin qaneedici olmamasına baxmayaraq, seçkilərdə fəallıq nümayiş etdirilməsinə səsləyir. İraqın 18 vilayətindən 14-nün vilayət şurasının440 yeri uğrunda 14000 namizəd yarışır.