Accessibility links

Mişel Obama ABŞ-ın yeni birinci xanımıdır


ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama hüquqşünasdır.İcma fəaliyyətlərində yaxından iştirak edən xanım Obamanın sözlərinə görə, onun üçün ailə birinci yerdədir.Mişel Obama üçün onların iki qızı Saşa və Maliya, sabit ailə həyatı və normal uşaqlı illəri əsas prioritetdir.

Yanvar ayının 17-də 45 yaşı tamam olan Mişel Obama deyib ki, o və həyat yoldaşı bütün uşaqların tam potensiallarınaa çata bilməsi mümkün olan bir dünyaya dair eyni görüşə malikdir. Bu dünya görüşü onun ailə ilə bağlı öz təcrübəsinə əsaslanır.

Mişel Obama Çikaqoda fəhlə sinfinə mənsub ailədə boya-başa çatıb. O, Amerikanın iki ən prestijli universiteti olan Prinston və Harvard universitetlərinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra xanım Obama prestijli hüquq öirkətində işləyib. Elə orada o, Barak adlı xarizmatik gəncə rast gəlib.

Mişel Obama deyir ki, Amerikanın birinci xanımı kimi o işləyən qadınlara və çətin dolanan ailələrə yardım məsələlərilə məşğul olmaq istəyir.

XS
SM
MD
LG