Birləşmiş Ştatların prezident kimi and içdikdən sonra
inaqurasiya çıxışında Baraka Obama amerikalıları iki müharibə və iqtisadi böhran şəraitində
ölkə qarşısında duran sınaqların öhdəsindən gəlmək üçün birgə işləməyə çağırıb.
Yeni prezident çıxışını bir milyondan artıq insan kütləsi qarşısında edib.Cənab Obama deyib ki, iqtisadiyyatın bu günkü
durumu yeni iş yerlərinin açılması və yeni inkişafın əsasını qoymaq üçün qəti
və tez fəaliyyətə keçməyi tələb edir.
Xarici siyasət sahəsində cənab Obama Birləşmiş Ştatların liderliyə və dünya ölkələrilə əməkdaşlığa hazır olduğunu bildirib.
O, İraqdan ABŞ hərbi qüvvələrinin məsuliyyətli şəkildə çıxarılması və Əfqanıstanda sülhün qorunmasına söz verib.Cənab Obama deyib ki, Birləşmiş Ştatlar müsəlman dünyası ilə qarşılıqlı maraq və hörmət əsasında münasibətlərin yeni istiqamətlərini axtarır. O, yoxsul ölkələrin xalqları ilə daha yaxşı gələcək naminə işləməyə söz verb.ABŞ-ın ilk Afrika mənşəli prezidenti olan demokrat Barak Obamanın gəlişi respublikaçı Corc Buşun 8 illik hakimiyyətinə son qoyur.
Barak Obamanın inaqurasiya mərasimində ABŞ-ın keçmiş prezidentləri Bil Klinton, Corc Buş ata və Cimmi Karter də iştirak ediblər.İnaqurasiya mərasimindən sonra cənab Obama Kapitoliya binasında digər yüksək səviyyəli rəsmilərlə nahar yeməyi edir.Bundan sonra isə unaqurasiya nümayişi başlayacaq.
İnaqurasiya təntənələri axşam yeni prezident və vitse-prezidentin iştirak edəcəyi ziyafətlərlə bitəcək..